16.01.2015

Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşı artırıldı

Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı bunun bariz nümunəsidir”. Bunu mekteb149.blogspot.com-a açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KIV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, sərəncam müəllimlərin dərs yükü normasının 12 saatdan 18 saata artırılmasını nəzərdə tutaraq müəllimlərin əməkhaqlarının artırılmasına səbəb olacaq. Bu, həm də Azərbaycan Respublikasında “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan müddəaya uyğun olaraq həyata keçirilir.


“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ötən ilin yayında müəllimlərin biliyinin və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Prezidentin bu sərəncamı nəticəsində dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılacaq”

TN rəsmisi qeyd edib ki, sərəncamın birinci hissəsi yanvarın 1-dən qüvvəyə minir. Ümumilikdə 30 minə yaxın müəllim bu sərəncamdan yararlanacaq. Sərəncam paytaxtda yerləşən ümumtəhsil məktəblərinin müəllimlərinə şamil edilir.

 Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu iləəməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifəmaaşları orta hesabla 2 dəfə artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Az
ərbaycan Respublikasının Prezidenti
Bakı ş
əhəri, 16 yanvar 2015-ci il.

Hiç yorum yok:

Yorum Gönder