Məktəbimizdə valideyn-müəllim, valideyn-məktəb, məktəb-şagird münasibətlərinin tənzimlənməsi, valideynlərin kurikulum sahəsində maarifləndirilməsi
və ümumi narazılıq yaradan məsələlərin müəyyən edilərək aradan qaldırılması məqsədilə
yaradılmış işçi qrupunun ibtidai siniflər üzrə heyəti fəaliyyətə başlamışdır.
Qrup ilk iclaslarını 1-ci siniflərin valideynləri ilə təşkil etmişdir. İclaslarda
kurikulum barədə ümumi məlumat verilmiş, ən çox narazılıq yaradan məsələlərə
aydınlıq gətirilmişdir. İclasların sonunda valideynlərin irad və təklifləri
dinlənilərək qeydə alınmışdır. Valideynləri daha çox narahat edən, siniflərdə
şagird sayının çoxluğu, məktəb qapısında mühafizənin olmaması, məktəbin
yaxınlığından keçən avtobusların azlığı və gec-gec işləməsi və s. məsələlər
olmuşdur. Nəzərinizə çatdıraq ki, iclasların sonunda qeyd olunmuş məsələlər
mövcud problemlərin həlli üçün təkliflərlə birlikdə hesabat şəklində məktəb
müdiriyyətinə təqdim olunacaqdır.
Məqsədimiz məktəbdə cəmiyyətimiz üçün yararlı,
sağlam düşüncəli insanlar yetişdirmək üçün normal mühit yaratmaqdır!
Hiç yorum yok:
Yorum Gönder