Heydər Əliyev adına İstirahət parkında keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, 149 saylı orta məktəbin direktoru Rəhilə Baxşıyeva məktəbin müəllim və şagird kollektivi ilə birlikdə təntənəli bayram tədbirində iştirak etmişdirlər.
Tədbir iştirakçıları ilk öncə Xəzər rayon İcra Hakimiyyətinin qarşısında yerləşən Ulu öndərin abidəsi önünə əkil və gül dəstələri qoyaraq Ümummilli Liderimizin əziz xatirəsini yad etdilər. Bayram tədbirində rayonun bir çox orta ümumtəhsil məktəblərii, rayon müəssisələri və digər idarə, təşkilatlar təbii güllərdən və çiçəklərdən hazırladıqları müxtəlif kompozisiyaları təqdim etmişlər. Həmçinin, tədbir zamanı bir qrup istedadlı əlillərin hazırladıqları əl işləri də iştirakçıların böyük marağına səbəb olmuşdur. Məktəblilərin, şagirdlərin böyük həvəslə hazırladıqları əl işləri öz rəngarəngliyi ilə seçilirdi. Milli geyimdə, al-əlvan paltarlı körpələr bu sərgidə bayram əhval-ruhiyyəsi ilə iştirak edirdilər.
Daha sonra rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı olmuşdur.
Bayram münasibəti ilə rayondakı aztəminatlı və şəhid ailələrinə, məcburi köçkünlərə bayram süfrəsi açılmışdır.
Hiç yorum yok:
Yorum Gönder