5.05.2015

Uğurlarımız davam edir


 Bu gün “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Aprel ayında məktəbimizin 10a sinif şagirdi Şükürlü Ləmanın Ümummilli Lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar yazdığı "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" adlı inşanın Bakı şəhər məktəbləri üzrə I yeri tutmasını nəzərinizə çatdırmışdıq. İndi isə inşa yazı Respublika üzrə I yerə layiq görülmüşdür. Respublika mərhələsinin iştirakçıları arasından 16 nəfər I, 19 nəfər II, 22 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 35 nəfər diplomla təltif olunub. I-IV yerlərə layiq görülmüş 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc edilib.
Müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib.

 
Bu münasibətlə bütün məktəb kollektivini təbrik edirik!






Hiç yorum yok:

Yorum Gönder