16.01.2015

Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşı artırıldı

Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı bunun bariz nümunəsidir”. Bunu mekteb149.blogspot.com-a açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KIV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, sərəncam müəllimlərin dərs yükü normasının 12 saatdan 18 saata artırılmasını nəzərdə tutaraq müəllimlərin əməkhaqlarının artırılmasına səbəb olacaq. Bu, həm də Azərbaycan Respublikasında “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan müddəaya uyğun olaraq həyata keçirilir.

Azərbaycanda buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər AÇIQLANDI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı yenilikləri açıqlayıb
Ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilmişdir. 

Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaqdır. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaqdır. 



Qəbul imtahanları üzrə: 

1) Ali və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edilmişdir. 

Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaqdır. 

Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının 2015-ci il 1-ci sayında təqdim olunacaq. 

149 №-li tam orta məktəbin şagirdləri qocalar evində

                                                   

149 №-li tam orta məktəbin müəllimi Afiqə Hacıyeva Sabunçu rayonu Bilgəh qəsəbəsi Müharibə və əmək əlilləri üçün ponsionata  şagirdlərin ziyarətini təşkil etmişdir. Görüşdə gənc müğənnilər də iştirak etmiş, öz mahnıları ilə yaşlılara xoş saatlar yaşatmışdır.
                                                                                            


                                                                                                                                                         



                                                       

13.01.2015

Xəzər rayon məktəbləri arasında keçirilən XXVII spartakiada

Xəzər rayon məktəbliləri arasında keçirilən XXVII spartakiadanın Basketbol (oğlanlar) növü üzrə növbəti yarış baş tutmuşdur. 

Yarışda Xəzər rayon E.Şəmiyev adına 149 №-li tam orta məktəbin komandası 3-cü yerin qalibi oldu.
Məktəbin komandası:
Müəllim:     Hümbətov Muğani
Şagirdlər: Seyidov Zaur
                  Rəsulov Rəsul
                 Larkin Vladimir
                 Abdullayeva Elnur
                                                                                                                                                            Axundov Adil
                                                                                                     Kərimov İbrahim
                                                                                                     Eyvazov Rəşad
                                                                                                     Qarayev kenan
                                                                                                     Vəlişov Nurlan
                                                                                                     Əliyev Tələt
                                                                                                     Zeynalı Sərxan
                                                                                                     Əlizadə Hikimət
                                                                                                  

12.01.2015

Uğur sorağında Intellektual klulubunun 5-ci siniflər arsındakı yarışmasının növbəti mərhələsi keçirildi


Uğur sorağında Intellektual klulubun 5-ci siniflər arsındakı yarışmasının növbəti mərhələsi keçirildi. 5d, 5e, 5ə və 5i sinifləri arasında keçirilən bu mərhələdə şagirdlər öz bacarıqlarını və bilik səviyyələrini göstərdilər. Nəticədə 5ə sinfi bu mərhələnin qalibi olaraq finala vəsiqə qazandı. Finalda 5ə, 5ç  və yanvarın 19-da keçiriləcək mərhələnin qalibi olan sinif görüşəcək. Bütün siniflərə uğurlar arzulayırıq!



Sədr:         Ləman Hacıyeva,
Müavin :   Nəriman Məmmədzadə,
Katib:        Ayişəgül Ələkbərova
Üzvlər:      Pərvin Pirmuradova, Cəmilə Məmmədova, Firuzə Süleymanova, Cavid Muradov.



9.01.2015

Təhsil naziri Mikayıl Cabbarov “20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb

Əmrə əsasən, 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub. Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planına müvafiq olaraq ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 06 - 20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 17 dekabr 2014-cü il tarixli, 134 nömrəli Sərəncamı. 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
6 yanvar 2015-ci il
№08

 

 
20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirillməsi
ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı
   
 s/sTədbirlər  İcra vaxtı İcraya məsul
1  Ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 20 yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrin keçirilməsi, xüsusi qəzetlər, bülletenlər, stendlər, guşələr yaratmaq, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, şagirdlər və tələbələrlə görüşlər təşkil etmək
 06-16 yanvar 2015-ci il
Təhsili müəssisələrinin rəhbərləri,
Gültəkin Hüseynova,
Samir Vəliyev,
Aydın Əhmədov,
Vasif Məmmədov

Məlahət Hacıyeva
 
 2 Ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil və internat məktəbləri, məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərsin aparılması
 16 yanvar 2015-ci il
 
Təhsili müəssisələrinin rəhbərləri,
Gültəkin Hüseynova,
Samir Vəliyev,
Aydın Əhmədov,
Vasif Məmmədov
Məlahət Hacıyeva
 3 Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarətini təşkil etmək
 19-20 yanvar 2015-ci il
 Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin),  təhsil müəssisələrinin rəhbərləri
4 Təhsil müəssisələrinin internet saytında 20 Yanvar faciəsini əks etdirən materiallar yerləşdirmək
06-20 yanvar 2015-ci il 
 Təhsil müəssisələrinin rəhbərləri

5.01.2015

05.01.2015 tarixli pedaqoji şura iclası


Bu gün Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəb direktoru Rəhilə xanım I yarımilin yekunlarından, yeni tədris ilində qarşıda duran vəzifələrdən danışdı. İclasda  jurnalların, məktəbli kitabçalarının və yoxlama dəftərlərinin aparılması, Məktəb Şurasının yaradılması və üzvlərin seçilməsi, Məktəbin blogu, məktəb müəllimlərinin facebookdakı qrupu (Müəllim Birliyi), İntellektual klubun fəaliyyəti, müəllim-şagird münasibətləri  və s. məsələlər müzakirə olundu.

 Direktor müavini Vələddin Nurəddinov Məktəb Şurası barədə məlumat verdi, üzvlər səsvermə yolu ilə seçildi. Məktəbli kitabçalarının aparılması vəziyyəti barədə direktor müavini Vəfa Əlnağıyeva danışdı. 
Tarix müəllimi Elvin Hacıyevin "Xəmsə"yə, Cavid Muradovun məktəb olimpiadasına uşaqları hazırlaması, Cəmilə Məmmədova, Pərvin Pirmuradova, Cavid Muradov, Nəriman Məmmədzadə və Ləman Hacıyevanın İntellektual Klubun yaradılmasında, Fərqanə Əliyevanın yoxlama dəftərlərinin aparılmasında göstərdikləri fəallıq qeyd olundu. İclasın sonunda fəal müəllimlərə təşəkkürlər elan edildi.